Background

FİTOQRİPPİN

product

FİTOQRİPPİN

Tərkibi: Evkalipt yarpağı (Eucalyptus), Exinaseya otu (Echinacea purpurea), Kəklikotu otu (Thymus Serpyllum), İtburnu meyvəsi (Rosa canina), Eleuterokok kökü (Eleutherococcus senticosus) 

Farmakoterapevtik qrupu: İltihab əleyhinə təbii fitoçay




Qrip çayı güclü immunostimulyator, antibakterial,virusəleyhinə, iltihabəleyhinə və antioksidant təsir göstərir. Orqanizmin virus infeksiyalara qarşı davamlılığını artırır. Bakterisid (qrammüsbət və qrammənfi bakteriyalara, ibtidailərə), göbələk əleyhinə, antivirus təsirləri var. Tərqovucu və hərarət salıcı effektlərə malikdir.

Göstərişlər
Ağız boşluğunun iltihabı xəstəlikləri (stomatit, gingivit, parоdontoz və s.)
Yuxarı tənəffüs yollarının iltihabı xəstəlikləri (rinit (zökəm), angina, tonzillit, laringit, faringit, traxeit və s.)
Uşaq virus infeksiyalarının müalicə və profilaktikası (qızılça, məxmərək, su çiçəyi)
Müxtəlif mənşəli immunitet zəifliyi
Uzun sürən xəstəliklərdən sonra bərpa dövrü
İstifadə qaydası
Qarqara üçün: 2 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq dəmləmə ilə yeməkdən sonra qarqara edilir.
İnhalyasiya üçün: Dəmləmə eyni qaydada hazırlanır. Gündə 3-4 dəfə isti dəmləmə ilə inhalyasiya edilir.
1-4 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı və böyüklər: 2 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.