Background

FİTONEFROL

product

FİTONEFROL

Tərkibi: Qatırquyruğu otu (Equisetum arvense), Ayıqulağı yarpağı (Arctostaphylos uva-ursi), İtburnu meyvəsi (Rosa canina), Quşüzümü meyvəsi (Cranberry) , Çobanyastığı çiçəyi (Matricaria chamomilla) Farmakoterapevtik qrupu: Böyrək və sidik yollarının xəstəliklərində istifadə edilən fitoçay






Uroloji çayın tərkibinə daxil olan komponentlər sidikqovucu, hipoazotemik, spazmolitik, iltihab əleyhinə və antibakterial təsir göstərir, azotlu birləşmələrin (sidik cövhəri, kreatinin və sidik turşusu) klirensini artırır, yumaqcıq filtrasiyasını gücləndirir, natriumun və az dərəcədə kaliumun xaric olmasını sürətləndirir. Sidiyin mühitini qələviləşdirir sidik turşusu və kalsium duzlarının həll olmasını artırır, sidik daşlarının əmələ gəlməsinin qarşısını alır.

Göstərişlər
Sidik kisəsinin və böyrəklərin xroniki infeksion xəstəliklərinin kompleks müalicəsində (xroniki sistit və pielonefrit)
Böyrəklərin qeyri-infeksion xroniki iltihabi xəstəliklərinin kompleks müalicəsində (xroniki qlomerulonefrit, xroniki interstisial nefrit, kəskin və xroniki hiperazotemik nefritlər)
Uşaq virus infeksiyalarının müalicə və profilaktikası (qızılça, məxmərək, su çiçəyi)
Sidikdaşı xəstəliyinin profilaktikası məqsədilə (həmçinin, daşlar xaric olunduqdan sonra)
Diabetik nefropatiyanın müalicə və profiaktikası
İstifadə qaydası
6-12 yaş: 1filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən sonra ilıq şəkildə
12 yaşdan yuxarı və böyüklər: 2 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.