Tərkibi : (Hər tabletdə)
Setirizin dihidroxlorid --------- 10mq
Talertin əsas tərkib hissəsi olan Setirizin dihidroxlorid periferik H1 histamin reseptorlarının selektiv inhibitorudur. Ekzogen histaminin fizioloji və patofizioloji təsirlərini inhibə edərək, kapilyarların keçiriciliyini azaldır. Allergiyanın əsas simptomları olan ödem, məxmərək, hipemiyanı, qaşınma və ağrını aradan qaldırır. Tənəffüs və mədə-bağırsaq traktının saya əzələ toxumasının yığılma prosesini zəiflədir. Vazoaktiv intestinal polipeptidlər (VİP) və P maddələrlə (allergik reaksiyalarda iştirak edən polipeptidlər) induksiya olunan dəri reaksiyalarının qarşısını alır. Talert allergiyanın erkən histamindən asılı mərhələsini inhibə edir. İltihab mediatorlarının – eozinofillərin miqrasiyasını azaldaraq atopik reaksiyanın gecikmiş fazasının mediatorlarının sintezini tormozlayır. Talert spesifik allergenlər tərəfindən törədilmiş bronxial astma və allergik reaksiyalı xəstələrdə bronxların histaminə qarşı hiperaktivliyini zəiflədir.
Allergik rinit |
Pollinoz |
Allergik konyuktivit |
Allergik dermatitlər |
Xroniki ekzemalar |
Bronxial astma |
Övrə |
6 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tabletdən gündə 1 dəfə |