ABC Pharm
2006-ci ildə fəaliyyətinə “MEDİSAN” adı ilə başlayan şirkətimiz, 2010-cu ildən etibarən fəaliyyətini “ABC – Pharm” MMC- adı ilə davam etdirməkdədir. “ABC-Pharm” MMC əczaçılıq sektorunda ölkə əhalisinin sağlamlıqdan yana dərman vasitələrinə və tibbi ləvazimatlara olan ehtiyaclarını araşdıraraq, onların təminini həyata keçirməkdədir. İnsan sağlamlığının qoruması prinsipini rəhbər tutan şirkətimiz, bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması, həyata keçirilməsi və gələcəyə ötürülməsinə yönəlik işləri həyata keçirməklə, xalqa faydalı olacağına inanmaqdadır. “ABC-Pharm” MMC olaraq, davamlı uğuru təmin edən, səriştələrimizi daha da inkişaf etdirmək üçün, hər zaman uzaqgörən perspektivi və innovativ idarəetmə yanaşması ilə gələcəyə doğru uzunmüddətli planlaşdırma prinsipi ilə davamlı inkişafı hədəfləməkdəyik.