Tərkibi (Hər 1ml-də)
Setirizin dihidroxlorid --------- 1mq
Talert (setirizin) aktiv farmakoloji dozalarda sedativ effekt vermir, H1-histamin reseptorlarının selektiv antaqonisti olduğundan praktiki olaraq antixolinergik və antiserotonin təsirləri yoxdur. Antihistamin, qaşınmaəleyhinə və antiekssudativ təsirlərə malikdir. Tosqun hüceyrələrin membranını stabilizə edir. Allergik reaksiyaların erkən mərhələsinə təsir edir, iltihab hüceyrələrinin miqrasiyasını azaldır; allergik reaksiyaların gecikmiş mərhələsində ifraz olan mediatorların xaric olmasını ləngidir. Kapilyar keçiriciliyini azaldaraq toxuma ödeminin qarşısını alır, saya əzələlərinin spazmını aradan götürür. Bronxial astmalı xəstələrdə bronxial ağacın histaminin ifrazına qarşı yaranan hiperreaktivliyini azaldır. Müalicə kursu zamanı tolerantlıq yaranmır və müalicə dayandırıldıqdan sonra 3 gün ərzində təsiri saxlanılır.
Mövsümi xarakter daşıyan və ilboyu davam edən allergik rinit (simptomatik terapiya) |
Övrə (o cümlədən idiopatik) |
Səpgi və qaşınma ilə müşahidə olunan müxtəlif dermatozlar (atopik dermatit, neyrodermit) |
Allergik konyuktivit |
Pollinoz |
Bronxial astma |
2-6 yaş 2.5 ml gündə 2 dəfə |
6-12 yaş 5.0 ml gündə 2dəfə |
12 yaşdan yuxarı və böyüklərə 10 ml gündə 1 dəfə |