Böyrəkotu yarpaqlarının quru ekstraktı ...............200 mq
Cəfəri yarpaqlarının quru ekstraktı ......................25 mq
Mərcangilə yarpaqlarının quru ekstraktı ...............10 mq
Tozağacı yarpaqlarının quru ekstraktı ...................75 mq
Böyrəkotu - (orthosiphon) yarpaqlarının tərkibində zəngin olan ortosifonin (0,01%), alkaloidlər, efir
yağları (2,7%), çaxır turşusu (1,5%), limon turşusu, saponinlər orqanizmdə alfa amirin, beta sitosterin
və taninin miqdarının artmasına səbəb olurlar. Adı çəkilən birləşmələr tibbdə güclü iltihab əleyhinə,
sidikqovucu, ödqovucu, böyrək və öd daşlarına dağıdıcı təsirləri ilə tanınırlar. Ortosifon ödem,
albuminuriya, azotemiya və böyrək daşları ilə müşayiət olunan sidik-cinsiyyət sisteminin kəskin və
xroniki iltihabi proseslərində yüksək kliniki effektivlik göstərərək, adı çəkilən halların sürətli aradan
götürülməsini təmin edir. Bundan başqa ortosifonun kəskin beyin aterosklerozu və hipertoniya
xəstəliyi fonunda müşahidə olunan böyrək və qaraciyərin funksiya pozuntusu zamanı təyini ümumi
vəziyyətin yaxşılaşması və bir çox ağrı simptomlarının aradan götürülməsi ilə nəticələnir. Güclü
sidikqovucu təsiri hesabına orqanizmdən sidik turşusu və xloridlərin təmizlənməsi baş verir. II və III
tip ürək-damar çatışmazlığı zamanı ortosifonun kompleks müalicənin tərkibində təyini tövsiyə edilir.
Kalsium oksalatların əmələ gəlməsini tormozlayır. Böyrəkotu Bacillus subtilis,
Bacilluscereus, Staphylococcus aureus, Listeria monocytogenes,Escherichia coli,
Vibrioparahaemolyticus, Salmonella enteritidis, Salmonella typhimuriumи Klebsiella pneumoniae,
Candida albicans kimi mikroorqanizmlərə qarşı bakterisid təsir edir.
Cəfəri yarpaqlarının ekstraktı - sidikqovucu, uroseptik, iltihab əleyhinə, antioksidant, spazmolitik
təsir edir.
Escherichia coli, Proteus spp., Enterobacter spp., Pseudomonas aeruginosa, Klebsiella
spp. Staphylococcus aureus bakteriyalarına qarşı bakteriostatik təsir göstərir. Tərkibindəki flavonoidlər
qanda sidik turşusunun səviyyəsini aşağı salır.
Mərcangilə yarpaqlarının ekstraktı – kapilyarların kövrəkliyini və keçiriciliyini azaldır, sidikqovucu,
antibakterial, antioksidant və iltihab əleyhinə təsir edir. Sidikqovucu və bakterisid təsirləri tərkibindəki
arbutin adlı qlikozid tərəfindəndir.
Tozağacı yarpaqlarının ekstraktı - sidikqovucu, antibakterial, iltihab əleyhinə təsirlərə malikdir.
Xüsusən karbonat və fosfat tərkibli konqlomeratlara qarşı güclü urolitik təsir edir.
Sistit, uretrit, pielonefrit |
Simptomsuz bakteriuriya |
Diabetik nefropatiya |
Sidik daşı xəstəliyin müalicə və profilaktikası (daşın ölçüsü 3 mm çox olmamaq şərti ilə) |
Nefrotik sindrom |
Podaqranın müalicə və profilaktikası |
1 kapsul gündə 3 dəfə (yeməkdən əvvəl) |