Tərkibi: (Hər damcıda)
D3 vitamini (Xolekalsiferol) ------- 133 BV
D3 vitamini (Xolekalsiferol) – aktiv antiraxitik amil olub dəridə günəş şüalarının təsirindən əmələ gəlir. O, sümüklərin və dişlərin normal inkişafı, skeletin düzgün minerallaşması və böyüməsi üçün kalsium və fosfatlar mübadiləsini tənzimləyir. D3 vitamini bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərində vacib rol oynayır, böyrəklərlə kalsium və fosfatların çıxarılmasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin tonusunu, miokardın funksiyasını təmin edir, sinir impulslarının ötürülməsində iştirak edir. Bundan başqa, D3 vitamini hüceyrələrin normal bölünməsi və immun sisteminin normal funksiyasının dəstəklənməsinə də təsir göstərir. Qida rasionunda D3 vitamininin çatışmazlığı uşaqlarda erkən dövrün raxitinin inkişaf etməsinə səbəb olur.
Orqanizmin D3 vitamininə tələbatının artması və ya D3 vitamini defisiti |
Raxitin profilaktika və müalicəsi |
Sümüklərin və dişlərin normal vəziyyətinin qorunması və ya inkişafının sürətləndirilməsi məqsədilə |
Hipokalsemik tetaniyalar |
Malabsorbsiya ilə müşayiət olunan vəziyyətlər |
Xroniki bağırsaq xəstəlikləri |
Qaraciyər serrozu |
Mədə və ya bağırsaq rezeksiyası |
Yeni doğulmuşlarda raxitin profilaktikası məqsədilə: 2 damcı gündə bir dəfə. (2 il müddəndə) |
Raxitin müalicəsi məqsədilə: 10-25 damcı gündə 1 dəfə. 6 həftədən sonra 2 damcı saxlayıcı dozada müalicə davam etdirilir. |