Background

REVAFEN AMPUL 50mq/2ml №6

product

YENİ NƏSİL ANALGETİK!



REVAFEN AMPUL 50mq/2ml №6

Tərkibi : (Hər 2ml-də)
Deksketoprofen ------- 50mq




Deksketoprofen trometamol S-(+)-2-(3-benoilfenil) propion turşusunun trometamol duzu analgetik, iltihab əleyhinə və antipiretik preparat olub, qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) qrupuna aiddir.

Deksketoprofen trometamolun təsir mexanizmi siklooksigenazanın inhibə olunması yolu ilə prostaqlandin sintezinin inhibə olunmasına əsaslanır.

Xüsusilə də PGE1, PGE2, PGF2a və PGD2, PGI2 prostasiklin və tromboksanlar (TxA2 vəTxB2), PGD2 və PGH2-nin araxidon turşusuna çevrilməsini inhibə edir. Bundan başqa, prostaqlandin sintezinin inhibə olunması birbaşa olaraq əlavə dolayı təsir göstərərək xinin kimi digər iltihab əleyhinə mediatorlara təsir göstərir.

Venadaxili və əzələdaxili istifadə olunan deksketoprofen trometamolun orta və güclü ağrıların müalicəsində analgetik təsiri skelet-əzələ sistemi ağrılarında (kürəkdə kəskin ağrı zamanı) , cərrahi ağrılarda (ortopedik və ginekoloji əməliyyatlar, qastroektomiya), həmçinin böyrək sancıları zamanı öyrənilmişdir.

Tədqiqatlar zamanı analgetik təsir tez başlamış və ən yüksək səviyyələrə ilk 45 dəqiqə ərzində çatmışdır. 50 mq Deksketoprofen qəbul edildikdən sonra analgetik təsirin müddəti adətən 8 saat davam edir.

Əməliyyatdan sonrakı ağrıya təsirinə dair klinik tədqiqatlar göstərmişdir ki, deksketoprofen trometamol opioidlərlə kombinasiyada istifadə edildikdə opioidlərə ehtiyacı əhəmiyyətli dərəcədə azaldır. Əməliyyatdan sonrakı ağrının aradan qaldırılmasına dair tədqiqatlarda analgetik vasitə ilə nəzarət olunan morfin qəbul edən və yanaşı deksketoprofenlə müalicə alan pasiyentlərdə plasebo qrupuna nisbətən morfinə tələbat əhəmiyyətli dərəcədə azalmışdır (30-35% az).

Göstərişlər
REVAFEN preparatı qeyri-steroid iltihab əleyhinə dərman vasitələri qrupuna aid ağrıkəsici vasitədir.
Orta və ağır dərəcəli kəskin ağrılar
Cərrahi əməliyyatdan sonrakı ağrılar,
Böyrək sancıları
Parodontoz
Kataral, aftoz və xoralı stomatitlər
Bel ağrılarının simptomatik müalicəsində
Əzələ və oynaq ağrıları
Travmatik ağrılar
İstifadə qaydası
Tövsiyə olunan doza 50 mq təşkil edir və hər 8-12 saatdan bir yeridilir. Gündəlik doza 150 mq (3 ampul) artıq olmamalıdır. Ehtiyac olduqda təkrar doza 6 saatdan sonra da istifadə oluna bilər.