Kəklikotu otunun ekstraktı (Thymus serpyllum) ---------- 12.5 mq
Mixək tumurcuğunun ekstraktı (Syzygium aromaticum) - 6.25 mq
Darçın qabığının ekstraktı (Cinnamomum zeylanicum) --- 3.0 mq
Propolis ----------------------------------------------------------- 2 mq
Etil spirti ---------------------------------------------------------- 20%
Qliserin ------------------------------------------------------------ 10 q
Kəklikotu otunun ekstraktı – antibakterial, iltihab əleyhinə, spazmolitik, qızdırmasalıcı
təsir göstərir, selikli qişaların regenerasiyasını sürətləndirir.
Mixək tumurcuğunun ekstraktı – bakterisid, göbələk əleyhinə, ağrıkəsici, spazmolitik
təsir göstərir, ağız boşluğu və boğazda olan yaraların sağalmasını sürətləndirir.
Darçın qabığının ekstraktı – iltihab əleyhinə təsir edir, ağız boşluğu və boğazda olan
qızartı, şişkinlik və ağrını azaldır. Antibakterial və antivirus təsir xüsusiyyətlərinə malikdir.
Propolis – selikli qişalarda olan ağrı reseptorlarını blokada edir, ağrıkəsici və anestetik
təsir göstərir, bakterisid, virus əleyhinə, iltihab əleyhinə və ümumi tonuslandırıcı effekt verir.
Qliserin – ağız boşluğu və udlağın selikli qişalarında olan iltihabi ərpi yumşaldır, quruluğun
qarşısını alır.
Etil spirti – antiseptik, büzücü təsir göstərir, selikli qişalara düşən mikroorqanizmlərin
çoxalmasının qarşısını alır.
Pulmolor sprey - Yuxarı tənəffüs yolları və ağız boşluğunun selikli qişasına antibakterial,
antivirus, göbələk əleyhinə təsir göstərir, ağrı, qızartı, şişkinlik kimi iltihab əlamətlərini
aradan qaldırır. Selikli qişaların yerli baryer funksiyasını gücləndirir. Qızdırmasalıcı,
spazmolitik, regenerasiyaedici təsir göstərərək yaraların sağalmasını sürətləndirir.
Kəskin və xroniki tonzillit |
Faringit, laringit |
Qinqivit |
Qlossit |
Parodontoz |
Kataral, aftoz və xoralı stomatitlər |
Ağız boşluğunun göbələk xəstəlikləri |
Ağız boşluğu və boğazın gigiyenası. |
2-12 yaşlı uşaqlara gündə 3-4 dəfə 1-2 püskürtmə |
12 yaşdan yuxarı və böyüklərə gündə 3-4 dəfə 2-4 püskürtmə yeməkdən sonra istifadə olunur |