Background

PULMOLOR SİROP 100ml

product

PULMOLOR SİROP 100ml

Gülxətmi kökünün qatı ekstraktı (Althaeae)------------------- 60 mq
Şirin biyan kökünün qatı ekstraktı (Glycyrrhíza)-------------- 60 mq
Razyana meyvələrinin distillatı (Foeniculum)------------------ 4 q
Sürvə yarpaqlarının qatı ekstraktı (Sálvia)--------------------- 30 mq




Pulmolor tərkibindəki bitkilərin hesabına öskürək əleyhinə, bəlğəmgətirici, mukolitik, iltihab əleyhinə təsirlərə malikdir.

Gülxətmi kökünün qatı ekstraktının – bəlğəmgətirici, öskürək əleyhinə, bürüyücü, yumşaldıcı və iltihab əleyhinə təsiri bilavasitə, tərkibindəki bitki mənşəli selik, pektin ilə bağlıdır. Bu maddələr yuxarı və aşağı tənəffüs yollarının selikli qişalarının səthini uzun müddətə nazik təbəqə şəklində örtərək, onların qıcıqlanmasının qarşısını alır. Nəticədə, öskürək simptomları azalır. Gülxətmi spazmolitik təsiri sayəsində bronxlardan bəlğəmin ifraz olunmasını asanlaşdırır.

Şirin biyan kökünün qatı ekstraktı – bəlğəmgətirici, ağrıkəsici, spazmolitik, iltihab əleyhinə təsir göstərir. Aktiv komponenti olan saponinlər tənəffüs yolları epitelinin sekretor fəaliyətini artıraraq bəlğəmi durulaşdırır. Yerli olaraq ağız boşluğunda stafilokokları məhv edir. Quru öskürək zamanı bronxları bürüyür və bəlğəm əmələ gətirərək öskürəyi yumşaldır.

Razyana meyvələrinin distillatının – tərkibindəki yağlar öskürək əleyhinə təsir edir. Soyuqdəymə nəticəsində baş verən tənəffüs yollarının iltihabi xəstəliklərində istifadə olunur. Bronxların saya əzələlərinin spazmını aradan qaldırır. Razyana meyvələrinin distillatı, xüsusən yumşaldıcı efir yağları ilə zəngindir, bronxların mənfəzini bürüyür, yumşaldıcı təsir edir.

Sürvə yarpaqlarının qatı ekstraktı - efir yağları, turşular, mikroelementlər ilə zəngindir. Sürvə yarpaqları antibiotikəbənzər salvin adlı maddə ilə zəngindir. Salvin tənəffüs yollarına antibakterial, antifunqal, mukolitik təsir göstərir. Sürvə yarpaqları bronxların selikli qişasının qan dövranını artırır, spazmolitik təsir edir.

Göstərişlər
KRVİ zamanı yaranan bəlğəmli və quru öskürək
Faringit, laringit, traxeit
Aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri
Ağciyər vərəmi
Mukovissidoz (ağciyər forması)
Tütün çəkmə zamanı
İstifadə qaydası
4-6 yaş uşaqlara 2,5-5 ml gündə 2dəfə
6-12 yaş uşaqlara 5-7,5 ml gündə 3 dəfə
12 yaşdan böyük uşaqlara və böyüklərə 7,5-10 ml gündə 3 dəfə tövsiyə olunur.