Background

PROLANZ KAPSUL №28

product

XORA ƏLEYHİNƏ ƏNƏNƏVİ, SINANMIŞ VƏ TƏHLÜKƏSİZ PREPARAT!



PROLANZ KAPSUL №28

Tərkibi : (Hər kapsulda)
Lansoprazol --------- 30 mq




Farmakodinamikası:
Lansoprazol, mədənin parietal hüceyrələrinin selikli qişasında (H+,K+) ATF-aza fermentinin selektiv olaraq inaktivləşməsi nəticəsində xlorid turşusu sekresiyasını blokada edən proton pompası inhibitorudur. Proton pompası xlorid turşusu sintezinin son mərhələsi olduğundan və Lansoprazol xlorid turşusunun ifrazını tənzimləyən parietal hüceyrələrin (H+K+) ATF-azası Lansoprazolla inhibə olunduğundan Prolanz proton pompasının inhibitoru adlanır. Bu təsir effekti dozadan asılıdır və xlorid turşusunun ifrazını stimuləedici amilin təbiətindən asılı olmayaraq (istər bazal və ya digər sekresiya amilləri ilə stimulyasiya olunmuş) inhibə edir. Lansoprazol qida və pentaqastrin ilə stimulyasiya olunan, həmçinin, insulinin təsirindən artmış turşuluq ifrazını azaldır.
Lansoprazolun antixolinergik və ya H2-histamin reseptorlarını blokadaedici təsirləri yoxdur. 

Farmakokinetikası:
Lansoprazolun sorulması sürətlidir, daxilə qəbul olunduqdan sonra orta Cmax təxminən 1,7 saat sonra baş verir. Biomənimsənilməsi 80%-dən yuxarıdır. Lansoprazol plazma zülalları ilə 97% birləşir. Zülallarla birləşmə faizi plazmada 0,05 -5,0 mkq/ml konsentrasiyalarda dəyişilmir. Lansoprazol qaraciyərdə əhəmiyyətli dərəcədə meatabolizmə uğrayır. Plazmada 2 metaboliti aşkar olunur. Metabolitlər antisekretor aktivliyə malik deyildir. Yarımxaricolma dövrünün cəmi 2 saat olmasına baxmayaraq antisekretor aktivlik 24 saatdan çox davam edir, uyğun olaraq preparatın qanın plazmasından yarımxaricolma dövrü onun antisekretor effektinə təsir göstərmir. 14 C- radioaktiv nişanlanmış Lansoprazolla aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Lansoprazolun 1/3 hissəsi sidiklə, 2/3 hissəsi isə nəcislə xaric olunur.

Göstərişlər
Mədə və onikibarmaq bağırsağı xora xəstəliyi
Eroziv və ya ulserativ qastroezofaqeal reflyuks xəstəlikləri (QERX)
Helicobacter pylori
Hiperasid qastrit
Zollinger-Ellison sindromu
QSİƏP qəbulu zamanı mədə və onikibarmaq bağırsaq xorasının profilaktikası və müalicəsi
İstifadə qaydası
1 kapsul gündə 1 dəfə səhər yeməyindən əvvəl