Şüyüd meyvəsinin distillatı (Anethum graveolens) ----- 18.6 ml
Zirə meyvəsinin distillatı (Carum carvi) ------------------- 9.3 ml
Darçın qabığının distillatı (Cinnamomum zeylanicum) -- 9.3 ml
Nanə yarpağının distillatı (Mentha piperita) -------------- 9.3 ml
Qaraqınıq otunun distillatı (Origanum vulgare) ---------- 9.3 ml.
Şüyüd meyvəsinin distillatı – tərkibində olan efir yağları sayəsində mədə-bağırsaq sisteminin
peristaltikasını normallaşdırır, spazmolitik təsir edərək bağırsaq sancılarını aradan qaldırır, həzmi
yaxşılaşdırır və bağırsaqlarda qazların əmələ gəlməsinin qarşısını alır, toplanan qazların xaric
olmasını asanlaşdırır.Bununla da köp əleyhinə və həzmi tənzimləyici effekt verir.
Zirə meyvəsinin distillatı – bağırsaqlarda qıcqırma prosesini zəiflədərək qazların əmələ gəlməsinin
və toplanmasının qarşısını alır. Həzm vəzilərinin sekresiyasını və bağırsaqların peristaltikasını
normallaşdırır, bağırsaq sancılarını azaldır. Antiseptik və iltihab əleyhinə effekt verir.
Darçın qabığının distillatı – həzm vəzilərinin sekresiyasını sürətləndirir, həzmi yaxşılaşdırır, mədə və
bağırsaqlarda qazların əmələ gəlməsini azaldır, öd yollarının və bağırsaqların spazmını azaldaraq,
sancıların qarşısını alır.
Nanə yarpağının distillatı – tərkibində olan mentol efir yağı sayəsində spazmolitik, sakitləşdirici,
həzmedici, ağrıkəsici təsir göstərir, ürəkbulanma və qusmanı azaldır, bağırsaq spazmlarını aradan
qaldırır, meteorizmin qarşısını alır, həmçinin mədə və bağırsaqların selikli qişasına iltihab əleyhinə
təsir göstərir.
Qaraqınıq otunun distillatı – bağırsaqların peristaltikasını normallaşdıraraq qazların xaric olmasını
sürətləndirir, qəbizliyin qarşısını alır, mədənin və mədəaltı vəzin sekresiyasını artıraraq çətin həzm
olunan qidaların həzmini asanlaşdırır. Antibakterial, iltihab əleyhinə, sakitləşdirici effekt verir, sinir
mənşəli mədə-bağırsaq spazmlarını azaldır.
Procolic– tərkibində olan bitki komponentləri hesabına həzm vəzilərinin sekresiyasını aktivləşdirir,
həzmi sürətləndirir, bağırsaqlarda qıcqırma proseslərinin və qazların əmələ gəlməsinin qarşısını alır.
Mədə-bağırsaq sisteminin peristaltikasını tənzimləyərək qazların bağırsaqlardan xaric olmasını
asanlaşdırır. Bununla da meteorizmin qarşısını alır. Spazmolitik təsir edərək bağırsaq sancılarını
azaldır. Mədə-bağırsaq sisteminin selikli qişasına antiseptik, iltihab əleyhinə təsir göstərir.
Meteorizm |
Spazmla müşayiət olunan həzm sistemi xəstəlikləri |
Dispepsiya |
Aerofagiya |
Bronxial astma |
Yeni doğulmuşlarda bağırsaq sancıları. |
1 yaşa qədər – ½ çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl |
1-5 yaş – 1 çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl |
5-12 yaş – 2 çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl |
12 yaşdan yuxarı, böyüklər – 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunur. |