Tərkib :
PDiclofenac Diethylamine ---- 1.16%
Linseed Oil --------------------- 3.00%
Methyl Salicylate -------------- 10.00%
Menthol ------------------------- 5.00%
Preparatın tərkibindəki diklofenak ağrıkəsici və iltihab əleyhinə maddə kimi xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Diklofenak iltihab əleyhinə, ağrıkəsici və hərarətsalıcı təsirə malik güclü təsir göstərən qeyri-steroid iltihab əleyhinə dərman maddəsidir. O həmçinin urikozurik effektə malikdir. Diklofenak siklooksigenaza fermentini inaktivləşdirərək PgF və PgE kimi prostaqlandinlərin toxumalar tərəfindən sintezini azaldır. Eksperimental ölçülən artrit modelində diklofenakın iltihab əleyhinə təsirinin aspirindən yüksək və indometasinə analoji olduğu müəyyən olunmuşdur. Diklofenak qeyri-narkotik analgetik təsir effektinə malikdir. Kətan yağı iltihab mediatorları olan PgE2 , leykotrien, histamin və bradikinin sintezini blokada edir. Həmçinin siklooksigenaza və lipooksigenazanı inhibə edərək araxidon turşusu metabolizmini pozur və sonuncunun iltihab törətmə aktivliyini blokada edir. Metilsalisilat yerli olaraq ağrını azaldan və iltihabı aradan qaldıran maddə kimi lümbaqo, radikulit və digər revmatik xəstəliklərdə təyin olunur. Mentol yerli tətbiqi zamanı Ca2+ neyron membran kanallarını blokada edərək soyuğa həssas reseptorları stimulə edir və soyuducu effekt yaradır. Onun ağrıkəsici təsiri həmçinin kappa opioid reseptorlara aqonist təsiri ilə əlaqədardır.
Tendovaginit, çiyin oynağı sindromu, bursit, periartropatiya, artrit, mialgiya, işalgiya |
Əzələ və oynaq ağrıları |
Lokallaşmış revmatik xəstəliklər |
Onurğa sütunu və periferik oynaqların osteoartrozu ,ostioartriti |
Radikulit |
Bağlar, qığırdaq, əzələ və oynaqların travmalardan (dartılma, əzilmə, gərilmə, idman travmaları) sonrakı postravmatik iltihabı. |
Ağrı nahiyəsinə gün ərzində 3-4 dəfə olmaqla dəri üzərinə ehtiyatla çəkilir. |