Background

MİOREK TABLET 400mq №24

product

ƏZƏLƏ SPAZMINA YENİ YANAŞMA!



MİOREK TABLET 400mq №24

Tərkibi : (Hər tabletdə)
Feniramidol - 400 mq




Farmakoloji xüsusiyyətləri :
MioRekin tərkibindəki aminopiridin törəməsi feniramidol mərkəzi təsirli miorelaksantlar qrupunun nümayəndəsidir. Baş beyin , onurğa beyni səviyyəsində antispastik və miorelaksasiyaedici təsir göstərir. Əzələ spazmını aradan qaldıran feniramidol polisinaptik refleksləri blokada edir, namonosinaptik reflekslərə isə təsir etmir. MioRek eninəzolaqlı əzələlərin tonusunu, əzələ ağrısını azaldaraq analgetik təsir göstərir.

Farmakokinetikası:
MioRek daxilə qəbulda mədə- bağırsaq traktından tez bir zamanda sorulur. Qanın zülalları ilə birləşir. Qaraciyərdə metabolizasiya olunur, qlukuron turşusu ilə birləşərək qlukuronid yaradır. Qlukuronid ödə də daxil olur. Bağırsaqda Feniramidolun bir hissəsi geriyə sorulur. 4 - 6 saatdan sonra orqanizmdən 37% nəcislə, 63% isə sidiklə qlukuronid şəklində xaric olur.

Göstərişlər
Əzələlərin hipertonusu və əzələ spazmı
Onurğanın distrofik -degenerativ xəstəliklərində əzələ kontrakturası ( osteoxondroz, spondilyoz, sirinqomieliya, hemiplegiya, onurğa və bel sindromları)
Fəqərəarası disk yırtığında aparılan cərrahi əməliyyatdan sonra bərpa məqsədilə
Eninəzolaqlı əzələlərin tonusunun artması ilə keçən üzvi - degenerativ nevroloji xəstəliklər (dağınıq skleroz, mielopatiya,ensefalomielit, kəskin beyin qan dövranı çatmamazlığının fəsadları)
Uşaq serebral spastik iflici
İstifadə qaydası
MioRek 1-2 tabletdən gündə 3 dəfə yeməkdən sonra çoxlu maye ilə qəbul olunur. Tableti çeynəmək olmaz.