Tərkibi : (Hər tabletdə)
Amlodipin ------ 5mq
Lizinopril -------- 5mq
Amlodipin: Amlodipin dihidropiridin kalsium antaqonisti (kalsium ionlarının
antaqonisti və ya ləng kalsium kanallarının blokatoru) olub, kalsium ionlarının
membranlardan damarların saya əzələlərinə və ürək əzələsinə keçməsini tormozlayır.
Eksperimental məlumatlar göstərir ki, amlodipin hər iki tərəfə - dihidropiridin və qeyri-
dihidropiridin tərəfə birləşir.
Amlodipin periferik arterial vazodilatatordur (damargenişləndirici), birbaşa damarın
saya əzələsinə təsir göstərərək periferik damar müqavimətini aşağı salır və qan
təzyiqini azaldır.
Lizinopril: Lizinopril insanlarda və heyvanlarda angiotenzinçevirici fermentin (AÇF)
inhibitorudur. AÇF peptidil dipeptidazadır və angiotenzin-I-in angiotenzin-II-yə
çevrilməsinin katalizatorudur. Angiotenzin-II isə özlüyündə böyrəküstü vəzin qabıq
maddəsi tərəfindən aldosteronun ifraz olunmasını stimullaşdırır. Hipertenziya və ürək
çatışmazlığı zamanı lizinoprilin müalicəvi təsiri renin-angiotezin-aldosteron sisteminin
fəaliyyətini tormozlamaqdan ibarətdir. Lizinopril həm arterial həm də venoz damarları genişləndirir.Uzun müddətli istifadəsi zamanı miokardın
hipertrofiyasını və arterial stenozu azaldır.
Kəskin miokard infarktı |
Arterial hipertenziya |
Xroniki ürək çatışmazlığı |
1 tablet gündə 1 dəfə |