Background

LARİXON 500MQ №1

product

BÜTÜN İNFEKSİYALARIN BİR HƏLLİ!



LARİXON 500MQ №1

Tərkibi :
Seftriakson Na ------ 500 mq




Seftriakson geniş antimikrob təsir spektrinə malik olub, qrammüsbət və qrammənfi aerob va bəzi anaerob bakteriyalara təsir göstərir. Seftriakson qrammüsbət və qrammənfi bakteriyaların betalaktamaza, penisillinaza, sefalosporinaza fermentlərinə qarşı yüksək davamlılığa malikdir.Təcrübədə aşağıdakı mikroorqanizmlərə qarşı yüksək həssaslıq göstərir. Qrammənfi aeroblar: Enterobacter aerogenes, Enterobacter cloacae, E. coli, N. influenzae (ampisillinə davamlı ştammlar da daxil olmaqla), N. parainfluenzae, Klebsiella spp ., N. meningitis, P. mirabilis, P. vulgaris, Morganella morganii, S. marcescens, Ps. aeruginosa. Qrammüsbət aeroblar: Staph. aureus, Staph. epidermidis (qeyd: metisillina rezistent stafilokokklar bütün sefalosporinlərə, o cümlədən seftriaksona qarşı da davamlıdır), Strep. pyogenes (A qrup beta-hemolitik), Strep. agalactiae (B qrup streptokokken), Strep. pneumoniae. Anaeroblar: Bacteroides spp ., Clostridia (lakin CI. difficile ştammlarının çoxu rezistentdir).

Göstərişlər
Yuxarı və aşağı tənəffüs yollarının iltihabı
Dəri və dəri strukturlarının infeksiyaları
Sidik yollarının strukturlarının infeksiyaları
Ağırlaşmamış qonoreya - servikal / uretral / rektal
Çanaq üzvlərinin ilhabı xəstəlikləri, ginekoloji xəstəlikləri
Qarın boşluğu üzvlərinin infeksiyaları
Bakterial septisemiya
Sümük və oynaq infeksiyaları
Meningit
İstifadə qaydası
500 mq gündə 1 dəfə (0-12 yaş uşaqlara 20-75 mq/kq gündə 1 dəfə) ə/d.