Tərkibi : (Hər tabletdə)
Pankreatin --------- 170 mq (Amilaza -5500 BV, Lipaza – 6500 BV, Proteaza - 400 BV)
Quru Silikon tozu – 310 mq
Kreoflat mədəaltı vəzin fermentlərinin defisitini aradan qaldıran və həzm prosesini yaxşılaşdıran enzim preparatdır. Lipaza, amilaza və proteazadan ibarət Pankreatin mədəaltı vəzin fermentidir. Orqanizmdə zülalların amin turşulara, karbohidratların dekstrin və monosaxaridlərə , lipidlərin qliserin və yağ turşularına parçalanmasını , mənimsənilməsini təmin edir. Mədə -bağırsaq traktının funksiyasını və həzm prosesini tənzimləyir.
Həzm sistemi ilə bağlı yaranan qaz problemləri |
Aerofagiya (hava udulması) |
Yağ, zülal, karbohidrat həzminin disfunksiyası |
Mədəaltı vəzinin çatışmazlığı olan şəxslərdə qaz toplanması ilə bağlı problemlər |
Əməliyyat öncəsi və sonrası qaz toplanması barədə şikayətlər |
Vaxtında qidalanmayan və həddindən artıq qida qəbul edən şəxslərdə yaranan həzm problemləri |
Rentgen müayinəsi və qarın boşluğu orqanlarının USM-nə hazırlıq məqsədi ilə |
Mədəaltı vəzin xarici sekretor funksiyasının çatışmazlığı ( xroniki pankreatit, mukovissidoz) |
Mədə ,bağırsaq,qaraciyər ,öd kisəsinin iltihabi –distrofik xroniki xəstəlikləri |
Duodenostaz , qastrostaz |
Mədə, bağırsaq, mədəaltı vəzin,qaraciyər,öd kisəsinin rezeksiya və şüa terapiyasından sonrakı vəziyyətinin kompleks terapiyası |
2 tablet gündə 3 dəfə yemək vaxtı qəbul olunmalıdır. |