Background

KLODERM SK MƏLHƏM 15q

product

QABIQSIZ VƏ ELASTİK DƏRİ!



KLODERM SK MƏLHƏM 15q

Tərkib : (Hər 1q)
Betametazon dipropionat -------- 0,05%
Salisil turşusu ---------------------- 3,00%




Kloderm SK iltihab əleyhinə və keratolitik təsir göstərən kombinə olunmuş məlhəmdir.

Betametazon qlükokortikosteroid olub iltihab prostaqlandinlərin sintezini blokada edərək dəridəki qızartı, ödem və qaşınma hissini aradan qaldırır.

Salisil turşusu keratolitik maddə olub keratinin toplanmasının qarşısını alır, dəridən ölü hüceyrələrin xaric olmasını və dərinin yumşaqlığını təmin edir. Salisil turşusu, həmçinin, Betametazonun dəridən sorulmasını sürətləndirir.

Yerli istifadəsi zamanı yalnız tamlığı pozulmamış dəridən sorulur. Salisil turşusu yalnız yerli təsir göstərir. Betametazon dəridən sorulduqdan sonra sistem təsir göstərən kortikosteroidlərə bənzər farmakokinetik təsir göstərərək bu və ya digər dərəcədə plazma zülallarına bağlanır, əsasən qaraciyərdə metabolizmə uğrayır və böyrəklərlə xaric olur.

Göstərişlər
İltihablı dermatozlar
Baş dərisinin psoriazı (əl və ayaqlarda xroniki pullu dəmrov (psoriaz) istisna olmaqla)
Hiperkreatotik və quru dermatozlar
İstifadə qaydası
Kloderm SK nazik təbəqə ilə, zədələnmiş dəri nahiyəsini tam əhatə etməklə gün ərzində 2 dəfə səhər və axşam olmaqla tətbiq olunmalıdır.