Background

KLODERM GK KREM 30q

product

QARIŞIQ İNFEKSİYALARDA EFFEKTİV NƏTİCƏ !



KLODERM GK KREM 30q

Tərkibi : (Hər 1q)
Betamethasone Dipropionate ------0.05%
Klotrimazol --------------------------- 1,00%
Gentamisin sulfat ---------------------0,1%




Kloderm GK-nın təsir mexanizmi özündə aşağıdakı təsir mexanizmlərini birləşdirir :
Betametazon dipropionatın iltihab əleyhinə təsiri, Gentamisinin antibakterial təsiri və Klotrimazolun göbələk əleyhinə təsiri.

Dipropionat formasında Betametazon güclü təsirli, iltihab əleyhinə, allergiya əleyhinə və qaşınma əleyhinə təsirlərə malik kortikosteroiddir (III təsir sinfi).

Gentamisin antibakterial təsirli aminoqlikozid antibiotikidir. Onun təsiri həssas mikroorqanizmlərin zülallarının sintezini tormozlamasına əsaslanır. Gentamisin bir çox aerob qrammənfi və bəzi qrammüsbət bakteriyalara təsir göstərir.

Klotrimazol dermatofitlərə, maya və kif göbələklərinə qarşı effektivdir. İnvitro analizlər zamanı Klotrimazol Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis göbələklərinə qarşı və Candida cinsli, o cümlədən Candida albicans göbələklərinə qarşı effektiv olmuşdur.

Göstərişlər
Allergik dermatitlər
Mikrob və ya Kandida mənşəli dermatitlər
Kontakt dermatitlər
Mikrob və Kandida mənşəli bişməcələr
Paronixiya (dırnaq yatağı kənarının infeksiyası)
Vaginal kandidoz
Dərinin irinli zədələnmələri
Trixofitiya
Ekzema
Epidermofitiya
Otomikoz Neyrodermit
İstifadə qaydası
Kloderm GK nazik təbəqə ilə, zədələnmiş dəri nahiyəsini tam əhatə etməklə gün ərzində 2 dəfə səhər və axşam olmaqla tətbiq olunmalıdır.