Ənginar (Cynara scolymus) yarpağının tozu ------------------------------200 mq
Adi alaqanqal (Silybum marianum) toxumunun quru ekstraktı --------175 mq
Xolin bitartrat (Choline bitartrate)-------------------------------------------100 mq
Alfa lipoy turşusu (Alpha lipoic acid)-----------------------------------------50 mq
Sarıkök (Curcuma longa) kökünün ekstraktı--------------------------------50mq
İnozitol (Inositol) ---------------------------------------------------------------40mq
Zəncirotu (Taraxacum officinale) kökünün ekstraktı-----------------------40mq
Ənginarın -(rus. Artişok,lat.Cynara)–tərkibi mineral maddələr, B qrup vitaminlər, vitamin C və
beta-karotinlə zəngindir.Bu komponentlər qaraciyər və böyrəklərdə maddələr mübadiləsini
aktivləşdirir. Bununla, yanaşı tərkibindəki polifenol birləşmələr-luteolin, ferulik, kofein,
xlorogen turşular sayəsində hepatoprotektor, ödqovucu və spazmolitik təsirlərə malikdir.
Bundan əlavə tərkibində bioloji fəal maddələrə-sinozin qlikozidi, acı maddələr, şəkər, qətranlı
maddələrə və üzvi turşulara rast gəlmək mümkündür. Bu birləşmələr qaraciyər
hüceyrələrində xolesterinin əmələ gəlməsini tormozlayır, patogenlər tərəfindən sintez olunan
toksiki maddələrin səviyyəsini azaldır, qaraciyər qlükogenolizini (qaraciyərdə ehtiyat
qlikogenin qlükozaya parçalanmasını) zəiflədir. Ferulik turşusu arterial təzyiqi normallaşdırır,
iltihab əleyhinə təsir göstərir. Tərkibindəki insulin sayəsində orqanizmin müqavimətini artırır,
qanda insulinin səviyyəsini azaldır, həmçinin, antioksidant xüsüsiyyətə malikdir.
Silimarin – qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirir. Silimarin oksidləşmə
prosesini gücləndirən fermentləri inhibə edərək, qaraciyəri alkoqol, tütün tüstüsü, dərmanlar
və başqa toksik maddələrin zərərli təsirindən qoruyur. Bilirubinin miqdarını azaldır. Ödün
toplanması və ifrazını sürətləndirir.
Alfa-lipoy turşusu-piroüzüm turşusu və alfa-ketoturşularının oksidləşmə fosforlaşma
reaksiyalarında koferment funksiyasını yerinə yetirir. Endogen antioksidant sayılır,
hüceyrələri maddələr mübadiləsi zamanı yaranan sərbəst radikalların toksiki təsirindən
qoruyur. Həmçinin orqanizmə keçən ekzogen toksiki birləşmələri zərəsizləşdirir. Endogen
antioksidant qlütationun konsentrasiyasını artırmaqla, polineyropatiyaların nəzərə çarpan
simptomplarının azalmasına gətirib çıxarır. Hepatoprotektiv, hipolipidemik,
hipoxolesterinemik, hipoqlikemik təsir göstərir. Neyronların trofikasını yaxşılaşdırır. Lipoy
turşusu ilə insulinin sinergik təsiri nəticəsində qlükozanın utilizasiyası artır.
Xolin (vitamin B4 ) –B qrupu vitaminlərinə bənzər özəlliyə sahibdir. Orqanizmdə xolin,
fosfolipid fosfatidilxolin, lizofosfatidilxolin, sfinqomielin maddələrinin biosintezi üçün ilk maddə
sayılır, bu maddələr də öz növbəsində hüceyrə membranının tamlığının qorunmasında və
hüceyrə siqnallarının ötürülməsində vacib rol oynayır. Qaraciyər hüceyrələrinin fəaliyyətini
artıraraq, qaraciyərin funksiyasını yaxşılaşdırır və lipid mübadiləsini normallaşdırır.
Orqanizmdə yağların parçalanması prosesini sürətləndirir, xolesterinin səviyyəsini aşağı salır,
sinirlərin mielin qişalarını bərpa edir. Xolin beyin üçün lazım olan bir çox funksiyaların yerinə
yetirilməsində vacib rol oynayır, zehni yaxşılaşdırır, diqqəti nizamlayır və s.
İnozitol – fermentlərin tərkibinə daxil olaraq, maddələr mübadiləsində iştirak edir, qanda
xolesterinin səviyyəsini normada saxlayır. İnozitol amin turşu və zülal sintezini
aktivləşdirməklə, hüceyrəvi proteksiyanı həyata keçirir, xolesterini hüceyrə daxilinə (həmçinin,
cinsi hüceyrə) daşıyaraq mitoxondridi ATF enerjisinə çevirməklə hüceyrələrin enerji
təminatını yaxşılaşdırır. İnozitol damar divarı kollagenin və elastininin sintezini stimulə
etməklə onların möhkəmliyini və elastikliyini artırır.
Sarıkök (Curcuma longa) kökünün ekstraktı –antioksidant təsir göstərərək qaraciyəri
toksinlərdən təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir. Sarıkök həm də güclü
ödqovucudur. Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir,
qanda şəkərin səviyyəsini normada saxlamağa kömək edir. İmmuniteti artırır, qanda
xolesterinin miqdarını azaldır.
Zəncirotu (Taraxacum officinale) kökünün ekstraktı – bu bitki ödqovucu xassəyə malikdir.
Zəncirotu qaraciyərin normal fəaliyyəti üçün olduqca xeyirlidir. Zəncirotu həzmi yaxşılaşdırır,
iştahanı artırır. Zəncirotu orqanizmdən toksinlərin çıxarılması üçün effektlidir. Xüsusilə uzun
müddət kimyəvi dərman perparatları qəbul etmiş insanlar üçün bu bitkidən istifadə məsləhət
görülür. Bədəni qüvvətləndirir və orqanizmin immun sistemini gücləndirir.
Kəskin və xroniki hepatitlər |
Qaraciyər çatışmazlığı və sirrozu |
Qaraciyərin piy distrofiyası |
Qaraciyərin müxtəlif mənşəli toksiki zədələnmələri ( alkoqol və dərman mənşəli) |
Hamiləlik toksikozları |
Öd yollarının iltihabı və xolesistit |
Radiasyon sindrom |
1 tablet gündə 1-2 dəfə yeməkdən sonra bol maye ilə qəbul olunur. |