Background

HEMFER KAPSUL №30

product

ORQANİZMİN DƏMİR MÜDAFİƏSİ



HEMFER KAPSUL №30

Dəmir (as Iron Fumarate )-----------------------------------------73 mq
L-metil folat (L-Methyl folate)--------------------------------------400 mkq
Vitamin B12 (Cyanocobalamin)------------------------------------2,5 mkq
Vitamin C (Ascorbic Acid)-------------------------------------------80 mq




Dəmir oksigen daşıyıcısı olan hemaqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. HEMFER-in tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi digərlərindən mədə turşuluğuna görə davamlılığı və yüksək biomənimsənilməsi ilə fərqlənir. Dəmir fumarat bağırsaq mühitində oksidləşmədiyinə görə ağızda pas dadı vermir, mədədə qıcıqlanma yaratmır.

L-metil folat fol turşusunun aktiv forması olub, yüksək biomənimsənilmə xüsusiyyətinə malikdir. Fol eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal miqdarını təmin edir. Eyni zamanda sinir hüceyrələrinin qidalanmasında vacib rol oynayır.

Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir. Sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.

C vitamini dəmirin bağırsaqlardan sorulmasına cavabdeh vitamin olaraq onun orqanizmdəki mübadiləsində əvəzsiz rola malikdir. Eyni zamanda dəmir defisiti zamanı aşağı düşən iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur. HEMFER dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Göstərişlər
Müxtəlif defisitli anemiyanın müalicə və profilaktikası
Gizli dəmir defisiti
Orqanizmin dəmir və fol turşusuna təlabatının artması hallarında
Hamiləlik, laktasiya, menorragiya, qanitirmə ilə müşayiət olunan hallar
Qanitirmə zamanı yaranan anemiyalar (daxili qanaxmalardan sonra, cərrahi əməliyatlardan sonra, şüalanma, kimyatepariya və hemodializ)
Uzun sürən xəstəliklərdən (diareya, qurd xəstəlikləri, lyambliyoz və s.) sonra bərpa dövrü
İntensiv inkişaf dövrü
İstifadə qaydası
1 kapsul gündə 1 dəfə yeməkdən sonra bol maye ilə qəbul olunur.