Solmazçiçəyi çiçəyi (Helichrysum arenarium), Alaqanqal toxumu (Silybum marianum), Boymadərən otu (Achillea millefolium), Dazıotu otu (Hypericum perforatum), Razyana toxumu (Foeniculum vulgare), İstiotlu nanə yarpağı (Mentha piperita).
Farmakoterapevtik qrupu: Hepatoprotektor, ödqovucu təsirli təbii fitoçay
Fizioloji xüsusiyyətləri: Öd kisəsi və öd yollarına antiseptik, iltihab əleyhinə və spazmolitik təsir
göstərir, ödün öd kisəsinə və onikibarmaq bağırsağa tökülməsini, yağların parçalanmasını asanlaşdırır.
Ödün tərkibində öd turşularının qatılığını azaldır. Qaraciyəri müxtəlif zərərli təsirlərdən müdafiə edir.
Mədəaltı vəzin sekresiyasını stimulyasiya edir, həzmi yaxşılaşdırır, qəbizliyi və köpü aradan qaldırır.
Öd ifrazının pozulması (qaraciyər xəstəlikləri, xolesistit, öd axarı yollarının xroniki xəstəlikləri) |
Onikibarmaq və nazik bağırsağın xəstəlikləri |
Mədə, öd kisəsi,bağırsağın rezeksiyası |
12 yaşdan yuxarı və böyüklər: 1-2 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. |