Background

FİTOSEPT

product

FİTOSEPT

Tərkibi: Evkalipt yarpağı (Eucalyptus), Sürvə yarpağı (Salvia officinalis), Palıd qabığı (Quercus), Çobanyastığı çiçəyi (Matricaria chamomilla), Nar qabığı (Pomegranate bark).

Farmakoterapevtik qrupu: Antiseptik təsirli fitoçay




Çayın tərkibindəki dərman bitkilərinin təsiredici maddələri olan efir yağları və aşı maddələri bürüyücü, antiseptik, büzüşdürücü, iltihab əleyhinə, spazmolitik və yarasağaldıcı təsirlər göstərir. Orqanizmin yerli müdafiə funksiyasını gücləndirir, regenerasiya və epitelizasiyanı sürətləndirir. Antibakterial və mikrob əleyhinə effektlərə malikdir.

Göstərişlər
Ağız boşluğunun iltihabı xəstəlikləri (stomatit, gingivit, parоdontoz və s.)
Yuxarı tənəffüs yollarının iltihabı xəstəlikləri (rinit (zökəm), angina, tonzillit, laringit, faringit, traxeit və s.)
Gözün selikli qişasının iltihabı zamanı (blefarit, konyuktivit və s.)
İstifadə qaydası
2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq dəmləmə ilə yeməkdən sonra qarqara edilir və ya gözün selikli qişasının iltihabı zamanı yerli antiseptik kimi təmizləyici vasitə olaraq istifadə olunur. Gözün selikli qişası steril pambıq vasitəsilə dəmləmə ilə silinir.