Tərkibi: Kəcəvər kökü (Acorus Calamus), Palıd qabığı (Quercus rubus), Sürvə yarpağı (Salvia
officinalis), Bibəriyyə otu (Rosmarinus officinalis), İstiotlu nanə yarpağı (Mentha piperita).
Farmakoterapevtik qrupu: Həzm pozğunluqlarında istifadə edilən fitoçay
Büzücü, bürüyücü, qankəsici, antiseptik, iltihab əleyhinə, spazmolitik və köp əleyhinə təsir göstərir, kapillyar qan dövranını, regenerasiyanı və eroziyaların sağalmasını sürətləndirir. Mədədə xlorid turşusunun bazal və müxtəlif qıcıqlandırıcılar vasitəsilə stimullaşdırılmış sekresiyası ləngiyir, mədə turşuluğu azalır.
Funksional dispepsiya (qəbizlik, ishal, ürəkbulanma, qusma, meteorizm) |
MBT peristaltika pozğunluqları: bağırsağın qıcıqlanması sindromu, mədə spazmları |
Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, qastritin (mədənin normal və ya artmış sekretor aktivliyi zamanı) kompleks müalicəsində |
4-7 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. |
7-12 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. |
12 yaşdan yuxarı və böyüklər: 2 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. |