Tərkibi: Passiflora (Passiflora incarnata), Pişikotu kökü (Valeriana officinalis), Damotu otu
(Leonurus cardiaca), Melissa otu (Melissa officinalis).
Farmakoterapevtik qrupu: Sakitləşdirici, sedativ təsirli fitoçay
Sedativ çay sakitləşdirici, spazmolitik, qıcolma əleyhinə, qusma əleyhinə və kardiotonik təsir göstərərək MSS-nin oyanıqlığını azaldır, yuxuya getmə müddətini qısaldır və yuxunun keyfiyyətini, əhval-ruhiyyəni yaxşılaşdırır. Ürək fəaliyyətinə müsbət təsir göstərir. Damar tonusunu normallaşdırır, ürək vurğularını tənzimləyir və arterial təzyiqi normallaşdırır. MBT-na spazmolitik təsir göstərərək spastik ağrıları aradan qaldırır. İştaha artırıcı təsirə malik olub, həzmi yaxşılaşdırır.
Nevroz, nevrasteniya |
Psixoemosional gərginlik, ruh düşgünlüyü |
Yuxu pozğunluğu |
Əsəbilik və həyəcan hissi |
Klimaks dövrü |
Kardionevroz |
Ürək-damar sisteminin xəstəliklərinin müalicəsi və profilaktikası (arterial hipertoniya, ürəyin işemik xəstəlikləri) |
Mədə və onikibarmaq bağırsağın xəstəliklərinin kompleks müalicəsi Əks göstərişləri: Məhsulun komponentlərinə qarşı yüksək həssaslıq |
7-12 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. |
12 yaşdan yuxarı və böyüklər: 2 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. |
Yuxusuzluqda 3 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəq. dəmlənir, yatmazdan 1 saat əvvəl daxilə qəbul edilir. |