Biyan kökü (Glycyrrhiza glabra), Dəvədabanı yarpağı (Tussilago farfara), Kəklikotu otu (Thymus Serpyllum), Razyana toxumu (Foeniculum vulgare)
Farmakoterapevtik qrupu: Bəlğəmgətirici təbii fitoçay
Fizioloji xüsusiyyətləri: Bronx çayı bürüyücü, bəlğəmgətirici, iltihab əleyhinə təsir göstərir. Bronxların
selikli qişasında iltihabı və ödemi aradan qaldırır, mukolitik təsir göstərərək qatılaşmış bəlğəmin
parçalanmasını sürətləndirir və çıxarılmasını asanlaşdırır. Tərqovucu, hərarət salıcı və sakitləşdirici
təsirlərə malikdir.
Kəskin və xroniki bronxit |
Pnevmoniya |
Bronxoektaziya |
Laringit |
Traxeit |
4-7 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. |
7-12 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. |
12 yaşdan yuxarı və böyüklər: 2 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. |