Background

FİTOCOLİC

product

FİTOCOLİC

Razyana toxumu (Foeniculum vulgare) , İstiotlu nanə yarpağı (Mentha piperita), Boymadərən otu (Achillea millefolium), Melissa otu (Melissa officinalis), Şüyüd toxumu (Anhetum graveolens). Farmakoterapevtik qrupu: Köp əleyhinə, spazmolitik təsirli təbii fitoçay.




Həzm prosesini yaxşılaşdıran, mədə-bağırsaq traktının hərəkətini tənzimləyən, həzm prosesi pozulmaları simptomlarını, köp, köplə əlaqədar sancı və spazmları aradan qaldıran effektiv və təhlükəsiz vasitədir. Həzm fermentlərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır, zərərli toksik məhsulları neytrallaşdırır. Qazqovucu, spazmolitik, antibakterial, qusma əleyhinə, sidikqovucu və iltihab əleyhinə təsirə malikdir, tənəffüs və ürək fəaliyyətini normallaşdırır. 1 yaşına qədər körpələrə bəlğəmgətirici, süd verən analara laktogen vasitə kimi istifadə olunur.

Göstərişlər
Köp və sancı
Qida gəyirməsi və qusma
Bağırsaq spazmları
İstifadə qaydası
1 yaşa qədər: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
1-4 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: 1 filtr-bağlama üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı və böyüklər: 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.