Tərkibi: (1 saşetdə; 3.5q)
Parasetamol-------------500 mq
Feniramin maleat--------25 mq
Askorbin turşusu---------200 mq
Farmakodinamikası
Ferveflunun effekti 3 farmakoloji xüsusiyyətlə əlaqədardır:
- Antihistamin təsiri – rinoreya və asqırma tutmalarının qarşısı alınır.
- Qızdırmasalıcı və ağrıkəsici təsiri – qızdırma və ağrı (baş ağrısı, mialgiya) azalır.
- Orqanizm tərəfindən askorbin turşusu itkisinin kompensasiyası.
Farmakokinetikası
Parasetamol
Sorulması
Parasetamol tez və tam şəkildə absorbsiya olunur. Plazmada maksimal
konsentrasiyaya 30-60 dəqiqədən sonra çatır.
Paylanması
Parasetamol orqanizmin bütün toxumalarına tez paylanır. Qanda, ağız suyunda və
plazmada konsentrasiyaları müqayisə edilə bilər. Qan plazmasının zülalları ilə zəif
birləşir.
Metabolizmi
Parasetamolun qaraciyərdə metabolizmi yavaş gedir. Parasetamol əsasən qaraciyərdə
iki yolla metabolizə olunur: qlükuronlaşma və sulfatlaşma. Terapevtik diapazondan
yuxarı dozalarda sulfatlaşmanın sürətlə doyma prosesi baş verir.
Digər daha az əhəmiyyətə malik metabolizm yolu sitoxrom P 450 iştirakı ilə aralıq toksik
birləşməyə (N-asetilbenzoxinonimin) qədər metabolizmə uğrayır ki, bu da, normal
şəraitdə bərpa olunmuş qlutation vasitəsilə tez zərərsizləşdirilir və sistein və
merkaptopurin ilə birləşdikdən sonra sidiklə xaric olunur. Doza həddinin aşılması
zamanı bu metabolitin miqdarı arta və qaraciyər hüceyrələrini zədələyə bilər.
Eliminasiyası
Preparat sidiklə xaric olunur. Qəbul edilən dozanın 90%-i 24 saat ərzində sidiklə,
əsasən qlükuron (60-80%) və sulfat konyuqatlar (20-30% arasında) şəklində ifraz
olunur. 5%-dən az hissəsi dəyişilməmiş olaraq xaric olunur. Yarımxaricolma dövrü
təxminən 2 saatdır.
Patofizioloji hallar
Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin klirensi 10 ml/dəqiqədən az)
parasetamolun və onun metabolitlərinin eliminasiyası ləngiyir.
Yaşlı pasiyentlərdə konyuqasiya qabiliyyəti dəyişmir.
Feniramin maleat
Feniramin maleat mədə-bağırsaq traktında yaxşı sorulur. Qan plazmasından
yarımxaricolma dövrü 1-1,5 saat təşkil edir. O, toxumalarla böyük oxşarlığa malikdir
və əsasən böyrəklər vasitəsilə xaric olur.
Askorbin turşusu
Askorbin turşusu həzm traktında yaxşı sorulur. O, orqanizmə lazım olan miqdardan
artıq daxil olduqda, onun qalan hissəsi sidiklə xaric olur.
Antihistamin təsiri - rinoreya və asqırma tutmalarının qarşısı alınır. |
Qızdırmasalıcı və ağrıkəsici təsiri - qızdırma və ağrı (baş ağrısı, mialgiya) azalır. |
Orqanizm tərəfindən askorbin turşusu itkisinin kompensasiyası. |
Böyüklər və 15 yaşdan yuxarı uşaqlar: gündə 2-3 dəfə 1 paket. |