Tərkibi : (Hər tabletdə)
Qlibenklamid ----- 5 mq
Metformin -------- 500 mq
Diamet 500 müxtəlif farmakoloji qrupdan olan iki hipoqlikenik vasitənin kombinasiyasından
ibarət peroral preparatdır.
Qlibenklamid II nəsil sulfonilsidik cövhəri törəmələri qrupuna
aiddir. Qlibenklamidin qəbulu zamanı mədəaltı vəzin β-hüceyrələrinin deqranulyasiyası
baş verir ki, bu da insulinin reseptorlarının piy, skelet əzələləri və qaraciyər
toxumasında miqdarını artırır. Nəticədə insulin sekresiyasının artması qanda
qlükozanın miqdarının azalmasına səbəb olur.
Metformin biquanidlər qrupuna aid olub, qan plazmasında həm bazal, həm də
postprandial qlükozanın miqdarını azaldır. Metforminin təsir mexanizmləri aşağıdakı
kimdir:
• Qlükoneogenezi və qlikogenolizi inhibə etməsi hesabına qaraciyər tərəfindən
qlükozanın yaranmasını azaldır;
• Periferik reseptorların insulinə qarşı həssaslığını yüksəldir, əzələlərdə hüceyrələr
tərəfindən istifadəsini və utilizasiyasını artırır;
• Mədə-bağırsaq traktından (MBT) qlükozanın sorulmasını ləngidir.
• Metformin, həmçinin, ümumi xolesterinin, ASLP və TQ səviyyəsini azaltmaqla,
qanın lipid tərkibinə müsbət təsir göstərərək aterosklerozun qarşısını alır və
kardioprotektiv effekt göstərir. Analoqu olan Fenformindən fərqli olaraq laktoasidoz
yaratmır.
Metformin və qlibenklamid müxtəlif təsir mexanizmlərinə malik olsalar da, bir-birinin
hipoqlikemik aktivliyini qarşılqılı olaraq tamamlayır. İki hipoqlikemik vasitənin
kombinasiyası qlükoza miqdarının azaldılması baxımından sinergik effektə malikdir.
2-ci tip (insulindən asılı olmayan), stabil və yaxşı nəzarət olunan qlikemiya səviyyəsi olan şəkərli diabeti olan xəstələrdə |
Pəhriz terapiyası, fiziki məşqlər və Metformin və ya Qlibenklamid ilə əvvəlki monoterapiyanın qeyri-effektivliyi zamanı əvvəlki terapiyanın əvəz olunması üçün. |
1 tablet gündə 1 dəfə |