Background

DENTASEPT ANTİSEPTİK MƏHLUL 100ml

product

AĞIZ BOŞLUĞU VƏ BOĞAZ ÜÇÜN TƏBİİ ANTİSEPTİK VASİTƏ



DENTASEPT ANTİSEPTİK MƏHLUL 100ml

Tərkibi: 100 ml məhlulda
Propolis ekstraktı------------------------5,0 q
Çobanyastığı çiçəyinin ekstraktı---------5,0 q
Sürvə (adaçayı) yarpağının ekstraktı-----2,0 q
Nanə yarpağının ekstraktı----------------1,0 q
Gülümbahar çiçəyinin ekstraktı----------1,0 q
Mixək ekstraktı---------------------------1,0 q
Qliserin-----------------------------------10,0 q




Mixək ekstraktı antibakterial, antivirus, ağrıkəsici, spazmolitik və yarasağaldıcı təsir xüsusiyyətlərinə malikdir. Ağız boşluğunda və boğazda olan patogen mikroorqanizmlərə öldürücü təsir göstərdiyindən halitozun (ağızdan xoşagəlməz qoxu) qarşısını alır. Evgenolun iltihab əleyhinə, spazmolitik və ağrıkəsici effekti sayəsində diş ağrısını, dişətində və boğazda olan qızartı və şişkinliyi aradan qaldırır. Propolis dezinfeksiyaedici, antibakterial, virus əleyhinə, iltihab əleyhinə və antioksidant təsir göstərir. Anestetik olduğundan diş ağrısını azaldır. Regenerasiya proseslərini sürətləndirdiyindən ağız boşluğunun selikli qişasında əmələ gələn yaraları sağaldır. Antifunqal təsiri sayəsində Kandida cinsindən olan göbələkləri öldürür.

Adaçayı yarpaqlarının ekstraktı tərkibində olan sineol efir yağı və salvin antibakterial maddəsi sayəsində stomatit xəstəliyinin əsas səbəbi olan vezikulyar stomatit virusuna, Porfiromonas gingivalis bakteriyasına, stafilokoklara, streptokoklara öldürücü təsir göstərir, bununla da ağız boşluğunun selikli qişasında aftoz yaraların yaranmasının və badamcıq iltihabının qarşısını alır. Aşı maddələri diş ətinə büzücü təsir göstərir, diş köklərini möhkəmləndirir, dişəti qanamalarının qarşısını alır. İstiotlu nanə yarpağının ekstraktı tərkibində olan mentol efir yağı ağız boşluğuna antibakterial təsir göstərir, kapilyarların spazmını aradan qaldırır, selikli qişaların regenerasiyasını sürətləndirir. İltihab əleyhinə və ağrıkəsici təsiri var.

Gülümbahar çiçəklərinin ekstraktı stafilokoklara və streptokoklara qarşı antibakterial təsir göstərir. Tərkibində olan kalenden maddəsi selikli qişalara iltihab əleyhinə və yarasağaldıcı təsir göstərir. Çobanyastığı çiçəklərinin ekstraktı bioflavonoidlər və fitosterinlər hesabına diş əti və boğazda olan iltihabi əlamətləri (qızartı, şişkinlik, ağrı) aradan qaldırır, xamazulen efir yağı isə spazmolitik və ağrıkəsici effekt verir.

Göstərişlər
Diş ətinin iltihabı (gingivit)
Ağızın selikli qişasının iltihabı (stomatit)
Parodont xəstəlikləri
Diş çəkilməsindən sonra
Diş ərpi və diş daşının profilaktikası
Ağız boşluğundan xoşagəlməz qoxu (halitoz)
Damaq-protez yaraları
Ortodontik aparatların istifadəsi
Ağız boşluğunun gigiyenası
Angina, kəskin və xroniki tonzillit
Laringit, faringit
İstifadə qaydası
Diş əti, ağızın selikli qişası və boğaz xəstəliklərində 5 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 3-4 dəfə yeməkdən sonra 15 ml (1 xörək qaşığı) məhlulla qarqara edilir.
Ağız boşluğunun gigiyenası məqsədilə gündə 1 dəfə gecə yatmazdan əvvəl qarqara edilir.