Background

CİFLOX ABC TABLET 500mq №30

product

CİFLOX ABC TABLET 500mq №30

Tərkibi : (Hər tabletdə)
Siprofloksasin ------- 500 mq




Siprofloksasin flüorxinolonlar qrupuna aid olan xinolon antibakterial dərman vasitəsidir. Mikroorqanizmlərin geniş spektrinə qarşı yüksək antibakterial təsir göstərir. Siprofloksasin infeksiyalara səbəb olan bakteriyalara qarşı bakterisid təsir göstərir. Siprofloksasin yalnız bakteriyaların müəyyən ştammlarına təsir edir.

Göstərişlər
Tənəffüs yollarının infeksiyaları (bronxit, pnevmoniyanın müəyyən formaları)
Uzunmüddətli və ya təkrarlanan qulaq, boğaz, burun infeksiyaları
Uroloji infeksiyalar (böyrəklərin və sidik kisəsinin infeksiyaları)
Ginekoloji infeksiyalar (endometrit, salpinqooforit, kolpit, servisit )
Genital infeksiyalar (qonoreya, cinsi yolla ötürülən infeksiyalar)
Mədə-bağırsaq sisteminin infeksiyaları (qastroenterit) və qarın boşluğu orqanlarının infeksiyaları
Dərinin və yumşaq toxumaların infeksiyaları
Sümük və oynaq infeksiyaları
Meningitə səbəb olan Neisseria meningitidis tərəfindən törədilən infeksiyaların profilaktikası
Sibir yarasının ağciyər forması (Bacillus anthracis bakteriyaları ilə kontaktdan sonra yaranan infeksiya)
İstifadə qaydası
500 mq gündə 2 dəfə yeməkdən sonra