Background

CALCİNOL SİROP 150ml

product

MÖHKƏM SÜMÜKLƏR, XOŞBƏXT GÜLÜŞLƏR!



CALCİNOL SİROP 150ml

Tərkibi (hər 10 ml-də):
Kalsium ------500 mq
Magnezium - 150 mq
Sink ---------- 4 mq
Vitamini D3 - 400 İU




Kalsium (Ca)-sümüklərin, dişlərin formalaşmasında və uşaqların normal inkşafı üçün lazım olan əsas elementlərdən biridir. Kalsium sinir keçiriciliyinin,əzələ yığılmalarının tənzimlənməsində iştirak edir və qan laxtalanması sisteminin komponentlərindən biridir.

Maqnezium (Mg)-orqanizmdə bir çox fizioloji proseslərdə iştirak edir. Orqanizmdə miqdarına görə mikroelementlər içərisində VI yeri maqnezium tutur.Maqnezium ionları neyronların qıcıqlanmasını azaldır, əzələlərdə ion balansının saxlanmasında fizioloji rol oynayır, bir çox fermentativ reaksiyalarda, ATF-in sintezində iştirak edir. Kalsiumun metabolizminin nizamlanmasında, sümüklərin mineralizasiyasında və inkişafında iştirak edir. Maqnezium sinir impulslarının ötürülməsini, əzələlərin yığılma və boşalmasını, ürək- damar sisteminin sağlamlığını təmin edən əsas mineraldır. Maqneziumun orqanizmdə orta miqdarı 17 mq/kq-dır. Bu miqdarın 99%-i hüceyrə daxilində toplanır. Mg nazik bağırsağın qişası səviyyəsində sorulur.

Sink - Sinir sisteminin funksiyasını normallaşdırır (beyinciyin funksiyasını normallaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır). Qanyaranma prosesində, insulin sintezində, spermatogenez prosesində iştirak edir.

D3 Vitamini - kalsiumun bağırsaqlardan mənimsənilməsini çoxaldır və orqanizmdə kalsium-fosfor mübadiləsinin tənzimlənməsində iştirak edir. Osteositlərdə DNT-nin sintezini fəallaşdırır.

Farmakodinamika:
Sümük toxumasının minerallaşmasını və sınıqların tez birləşməsini sürətləndirir. Sümüklərin, dişlərin, ürək əzələlərinin və sinirin normal fəaliyyətini təmin edir.

Göstərişlər
Uşaqlarda raxitin müalicəsi və profilaktikası.
Uşaqlarda kalsiumun çatışmazlığı əlamətlərində (əmgəyin bağlanmasının ləngiməsi).
Uşaqlarda sümük sınıqlarının bərpası.
Diuretiklərin və qıcolma əleyhinə preparatların uzunmüddətli qəbulu zamanı.
Yeniyetmə dövründə kalsiuma tələbat artdıqda.
Məktəb yaşlı uşaqlarda yaddaşı və diqqəti yaxşılaşdırmaq məqsədilə.
Qida qəbulu ilə əlaqədar Ca və D3 vitaminin defisitinin bərpası.
Uşaqlarda dişlərin formalaşması və normal inkişafı.
İstifadə qaydası
4-14 yaşlı uşaqlar gün ərzində 1 dəfə 5 ml
14 yaşdan yuxarı uşaqlar və böyüklər gün ərzində 1 dəfə 10 ml