title

AUTOİMMUN XƏSTƏLİYİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Autoimmun xəstəliyi – proqressivləşən xroniki hepatosiliar zədələnmədir; patologiya periportal və ya daha genişmiqyaslı iltihab əlamətləri, hiperqammaqlobulinemiya və serumda qaraciyərlə assosiasiyaolunan autoantitellərin mövcudluğu ilə gedir. Xəstəliyin klinikası astenovegetativ sindrom, sarılıq, sağ qabırğaaltı nahiyədə ağrılar, dəri səpkiləri, hepatomeqaliya, splenomeqaliya, qadınlarda amenoreya, kişilərdə ginekomastiyadan ibarətdir. Autoimmun hepatitin diaqnostikası antinuklear antitellər (ANA), saya əzələlərə qarşı toxuma (SMA) antitelləri, qaraciyər və böyrəklərin mikrosomlarına qarşı antitellər və s.-in seroloji təyini, hiperqammaqlobulinemiya, IgG titrinin yüksəlməsi, həmçinin qaraciyərin biopsiyasının nəticələrinə əsaslanır. Autoimmun hepatitin müalicəsinin əsasında qlükokortikoidlərlə immunosupressiv terapiya durur.

Qastroenterologiyada xroniki hepatitlərdən qaraciyərin autoimmun zədələnmələrinin payına böyüklərdə 10-20%, uşaqlarda isə 2% düşür. Qadınlar autoimmun hepatitlə kişilərlə müqayisədə 8 dəfə çox xəstələnir. Xəstəliyin ən çox rastlandığı ilk yaş dövrü 30 yaşa qədər və ikincisi isə postmenopauzal dövrdür. Autoimmun hepatit sürətlə proqressivləşən gedişata malikdir; bu zaman pasientləri ölümə aparan qaraciyər sirrozu, portal hipertenziya və qaraciyər çatışmazlığı kifayət qədər erkən inkişaf edir.