Tərkibi:Hipertonik məhlul olub,hər ml-ə daxildir:
Na ----------------------- 7,2-9,3mq/ml;
Mg ----------------------- 0,01-0,012mq/ml;
Ca ----------------------- 0,01-0,018mq/ml;
Cl ----------------------- 11,2-13,1mq/ml;
SO4 --------------------- 0,018-0,022mq/ml;
Təmizlənmiş su ------- 1ml-ə qədər
Ümumi minerallıq: 18-23 mq/ml.
Aquarino sprey burun boşluğunda selikli qişanın ödemini aradan qaldıraraq kirpikli epitelinin fəaliyyətini normallaşdırır. Burun boşluğunun selikli qişasının iltihabını aradan qaldırır,burun boşluğunu və burun udlağını virus, bakteriya,allergen, selik və toz hissəciklərindən təmizləyir. Burun boşluğunda olan zədələrin regenerasiya prosesini sürətləndirir,nəmləndirici təsir göstərir, qicıqlanmanın qarşısını alır. Burun boşluğuna təyin olunmuş dərman vasitələrinin terapevtik effektivliyini artırır, normal fizioloji vəziyyətin bərpa olunmasına kömək edir,selikli qişanın qurumasının qarşısını alır və yerli immuniteti artırır.
Kəskin və xroniki rinit |
Kəskin və xroniki sinusit |
Kəskin və xroniki adenoidit |
KRVİ və qripin kompleks müalicəsi |
Burun tıxanıqlığı və quruluğu |
Burun əməliyyatlarından sonrakı dövr |
Burun balıqqulaqlarının hipertrofiyası və burunun selikli qişasının ödemi |
Digər burun preparatlarının təsirini artırmaq məqsədilə həmin preparatların istifadəsindən öncə |
1-6 yaş uşaqlara 2-3 püskürtmə olmaqla gündə 3-4 dəfə burun boşluğuna |
6 yaş uşaqlar və böyüklərə 2-3 püskürtmə olmaqla 4-8 dəfə burun boşluğuna |