Tərkibi : (Hər 2 m-də)
Amikasin --------- 500 mq
Farmakoterapevtik qrupu:
Geniş təsir spektrinə malik aminoqlikozid qrupuna mənsub olan yarımsintetik antibakterial dərman
vasitəsidir.
Farmakoloji xüsusiyyətləri:
Amikasin əksər qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı bakterisid təsir göstərir.
Amikasinə həssas qrammənfi mikroblar:
Psevdomonas spp., Proteus spp., Providencia spp., Klebsiella spp., Enterobacter spp., Serratia
spp., Acinebacter spp., Esherichia coli və Citobacter freundii.
Amikasinə həssas qrammüsbət mikroblar:
Staphylococcus spp. (penisillinaza hasil edən və etməyən, metisillinə davamlı növləri daxil olmaqla),
Streptococcus pyogenes, Streptococcus pneumoniae (diplokokk).
Aminoqlikozid qrupuna aid olan digər antibiotiklərə (gentamisin, kanamisin, törəmisin) davamlı olan
mikroorqanizmlər in vitro amikasinə qarşı həssasdır. Amikasin beta-laktam antibiotiklərlə bərabər
təyin olunduqda qrammənfi bakteriyalara qarşı in vitro sinergetik təsir göstərir.
Farmakokinetikası:
Amikasinin yarımxaricolma dövrü 2 saatdır. Paylanma həcmi 24-ə bərabərdir. Plazma zülalları ilə 0-
11%-i birləşir. Plazma klirensi 100 ml/dəq., böyrək klirensi 94 ml/dəq. təşkil edir. Sidiklə xaric olur.
Böyrək çatışmazlığı və ya qlomerulyar filtrasiyası pozulan xəstələrdə preparatın xaric olunması
zəifləyir. Buna görə böyrəklərin ifrazat funksiyasına nəzarət edilməlidir və lazım olduqda qəbul
dozası korreksiya olunmalıdır.
Tənəffüs sisteminin infeksiyaları (bronxit, bronxoobstruksion ağırlaşma, pnevmoniya, plevrit, ağciyər absesi) | |
Vərəm xəstəliyi | |
Ağır infeksiya zamanı (meningit, septik, peritonit, sepk endokardit) | |
Dəri və yumşaq toxumaların irinli infeksiyaları (həmçinin infeksiyalaşmış yanıqlar, infeksiyalaşmış dəri xorası və yataq yaraları, fleqmona, qanqrena) | |
Sidik- cinsiyyət sisteminin tez-tez residivləşən infeksiyaları (pielonefrit, sistit, uretrit, prostatit, endometrit, parametrit, qonoreya) | |
Həzm sisteminin infeksiyaları (xolesistit, xolangit, pankreatit, kolit, enterokolit, dizenteriya, salmonelyoz) | |
Sümük və oynaq infeksiyaları (osteomielit, septik artritlər, periostit, bursit) | |
Göz infeksiyaları (bakterial keratit, panoftalmit) | |
Əməliyyatdan əvvəl və sonra profilaktika və müalicə məqsədilə. |
500 mq 12 saatdan bir gündə 2 dəfə ə/d , v/d |