Tərkibi : (Hər 100ml)
Zəyərək (Linum usitatissimum) toxumunun duru ekstraktı ------ 13,2 ml
Bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı -------- 6 ml
Şirin biyan (Glycyrrhiza glabra) kökünün duru ekstraktı --------- 10 ml
Kəcəvər (Acorus calamus) kökünün duru ekstraktı --------------- 4 ml
Dazıotu (Hypericum perforatum) otunun duru ekstraktı --------- 4 ml
Razyana (Foeniculum vulgare) toxumunun duru ekstraktı ------- 4 ml
Cökə çiçəyinin (Tilia cordata) duru ekstraktı ----------------------- 6 ml
Zəyərək toxumu (Linum usitatissimum) ekstraktının tərkibində olan polisaxaridlər
ekstraksiya prosesində seliyə çevrilir, mədənin və onikibarmaq bağırsağın selikli
qişasını, xüsusilə eroziv sahələri bürüyür, selikli qişanın destruktiv hissələrini xlorid
turşusunun, pepsinin və qəbul olunan qidanın kimyəvi və mexaniki təsirindən qoruyur.
Linamarin qlikozidi sayəsində selikli qişada olan iltihabi əlamətləri azaldır. Selik
həmçinin adsorbent rolunu oynayaraq xlorid turşusunun qidaya qarışmayan hissəsini
özünə hopdurur. Tərkibində olan yağ turşuları bağırsaq möhtəviyyatını yumşaldaraq
qəbizliyin qarşısını almaqda kömək edir.
Bağayarpağı yarpağı (Plantago major) ekstraktı tərkibində çox miqdarda selik
saxladığı üçün mədə-bağırsaq sisteminə bürüyücü təsir göstərir, güclü
regenerasiyaedici effekti sayəsində eroziv proseslərin sağalmasını sürətləndirir.
Mədənin parietal və əsas hüceyrələrindən xlorid turşusunun və pepsinin ifrazını
tənzimləyir, həzmi normallaşdırır.
Şirin biyan kökü (Glycyrrhiza glabra) ekstraktının tərkibində olan selikli maddələr
mədənin və bağırsaqların selikli qişasına bürüyücü təsir göstərir. Bağırsaqların
möhtəviyyatını yumşaldaraq qəbizliyin qarşısını alır. Selikli qişalarda regenerativ
prosesləri sürətləndirir, eroziya və xoraların sağalmasına kömək edir. Ümumilikdə
orqanizmin immun sisteminin işini yaxşılaşdırır.
Kəcəvər kökü (Acorus calamus) ekstraktı tərkibində olan efir yağları və akorin acı
qlikozidi sayəsində dad reseptorlarına təsir edərək mədə və onikibarmaq bağırsağın
xorası zamanı xəstədə yaranan iştahasızlığı aradan qaldırır, həzmi tənzimləyir. Mədə -
bağırsaq traktının selikli qişasına iltihab əleyhinə, yarasağaldıcı təsir göstərir.
Dazıotu otu (Hypericum perforatum) ekstraktı selikli qişaların eroziv və xoralı
sahələrinə büzücü, regenerasiyaedici təsir göstərir, iltihabın eksudasiya fazasını
ləngidir. Bağırsaqlarda qıcqıma prosesini ləngitdiyindən meteorizmi azaldır, spazmolitik
effekt verir.
Razyana toxumu (Foeniculum vulgare) ekstraktı tərkibində olan efir yağları, əsasən də
anetol, metilxavikol və fenxon komponentləri sayəsində spazmolitik, qusma əleyhinə,
həzmedici, qazqovucu təsir göstərir, selikli qişaların mikrosirkulyasiya və
regenerasiyasını sürətləndirir.
Cökə çiçəyi (Tilia cordata) ekstraktının iltihab əleyhinə təsiri tiliasin triterpeni ilə
əlaqədardır. Tərkibində az miqdarda olan selik digər polisaxaridlərlə zəngin bitkilərin
bürüyücü effektini artırır.
Qastroezofageal reflüks zamanı |
Kəskin və xroniki hiperasid qastrit, o cümlədən eroziv qastrit |
Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı |
Dispeptik əlamətlər |
Mədə nevrozu, stressə bağlı mədə ağrıları |
Daxilə, qida qəbulundan əvvəl qəbul etmək tövsiyə olunur. Böyüklərə 15 ml gündə 3 dəfə |