Qlükozamin sulfat (Glucosamine sulphate) ------500 mq
Xondroitin sulfat (Chondroitin sulphate)--------- 400 mq
Metilsulfonilmetan (Methylsulfonylmethane)-----375 mq
2-ci tip kollagen (Type II Collagen)-----------------40 mq
Qlükozamin sulfat – birləşdirici toxumanın-qığırdaq, sümük, vətər, bağ, sinovial maye və
əzələlərin əsas struktur elementlərindən biridir. Qlükozamin sulfat – dağılmış qığırdaq
toxumasını bərpa etməklə yanaşı, yeni qığırdaq toxumasının inkişafını da təmin edir.
İltihab əleyhinə, ağrıkəsici təsir göstərərək, QSİƏP-ə tələbatı azaltmaqla yanaşı, onların
oynaqlara toksiki təsirinin də qarşısını alır.
Xondroitin sulfat – qığırdaq və sinovial mayenin tərkibinə daxil olan əsas komponentlərdən
biridir. Hialuron turşusunun sintezində iştirak edərək, qığırdaq, bağ və vətərlərin möhkəmliyini
və elastikliyini təmin etməklə yanaşı, kalsiumun sümüklərdə toplanması və kalsium-fosfor
mübadiləsində də iştirak edir.
Metilsulfonilmetan (MSM) – kükürd tərkibli təbii üzvi maddə olub, birləşdirici toxumanın, o
cümlədən qığırdaq, sümük, vətər və bağların əsas struktur elementlərindən biridir.
2-ci tip Kollagen – xüsusilə çevik, möhkəm oynaqlar üçün vacibdir, qığırdaq toxumasının
əmələ gəlməsini təşviq edir. Yaşla əlaqəli oynaq ağrılarının və müxtəlif artrit, revmatizm və
digər oynaq xəstəliklərinin əlamətlərinin qarşısını alır.
Oynaqların degenerativ-distroik xəstəlikləri: osteoartroz, osteoartrit, periartrit |
Onurğanın degenerativ-distroik xəstəlikləri: osteoxondroz, spondilyoz |
Osteoparoz (həmçinin klimakterik dövrdə) |
Travmadan sonra oynaq və bağların zədələnmələri |
Oynaqlarda aparılan cərrahi əməliyyatdan sonra reabilitasiya dövrü |
1 tablet gündə 2 dəfə (yemək zamanı) |