Tərkibi : (Hər 1q)
Klobetazol propionat ---------- 0,5 mq
Yerli istifadə üçün kortikosteroiddir. İltihab əleyhinə preparatlar kimi, tosqun hüceyrələrin sıxlığının azaldılması, eozinofillərin hemotaksis və aktivləşməsinin azaldılması, limfositlər, monositlər, tosqun hüceyrələr və eozinofillər tərəfindən sitokinlərin hasil edilməsinin azaldılması və araxidon turşusunun metabolizminin inhibə edilməsi daxil olmaqla, allergik reaksiyaların son mərhələsinin inhibə edilməsinə çoxlu mexanizmlər vasitəsilə təsir göstərir.
Psoriaz (geniş yayılmış pustulyoz psoriaz istisna olmaqla) |
Dermatozun refrakter formaları |
Qırmızı yastı dəmrov |
Diskoidli qırmızı qurdeşənəyi |
Daha az aktivlik göstərən, steroidlərlə müalicəyə rezistent olan digər dəri xəstəlikləri. |
Nazik təbəqə ilə, zədələnmiş dəri nahiyəsini tam əhatə etməklə gün ərzində 2 dəfə səhər və axşam olmaqla tətbiq olunmalıdır. |